Bir neçə gündür ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar və dolu nəticəsində kənd təsərrüfatına, taxılçılığa müəyyən qədər ziyan dəyib.
 
Unikal.org bildirir ki, bunu azvision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərin görə, təbii fəlakətlər taxıl mövsümünün başlanıldığı vaxta təsadüf edib.

"Yağıntılar müəyyən qədər taxıl sahələrinin yatmasına səbəb olub, İmişlidə pambıq sahələrinə, Qərb bölgəsində kolxozçuluğa, meyvəçiliyə müəyyən qədər təsir göstərib. Ümumi götürdükdə düşən yağıntı və dolu lokal xarakter daşıyır, kütləvi hal olmayıb". 

M.Hacıyev bildirib ki, yağıntıların ümumi məhsul istehsalına və qiymətlərə təsiri olmayacaq: "Yaz əkinlərini yenidən bərpa etmək mümkündür. Çünki mövsüm təzə başlayıb".

Nazirlik rəsmisinin sözlərinə görə, bu il Azərbaycanda məhsul qıtlığı və bahalaşma gözlənilmir.