Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin sarayından yağmalanan, fil dişindən düzəldilən, qızıl, zümrüd, brilliant, sapfir və yaqutla bəzədilmiş xəncər İstanbulda ələ keçirlib.
Unikal.org xəbər verir ki, xəncəri 10 milyon dollara satmağa çalışan iş adamı və daha iki köməkçisi İstanbul polisinin qaçaqmalçılıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Həb edilənlər zinətlə bəzədilən silahı Səudiyyə Ərəbistanından olan iş adamlarına satmaq istəyirmişlər.

Tutulan iş adamı xəncəri Liviya müxalifətçilərinin birindən 4,6 milyon dollara aldığını söyləyib.

İstanbul Zərgərlər palatası da xəncərin həqiqiliyni təsdiq edib və onun qiymətinin ən azı 2 milyon dollar olduğunu bildirib.