Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məmur oğlunu öldürməkdə təqsirləndirilən Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Trend-ə istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi rayon Polis İdarəsinin 25-ci Polis bölməsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.