Göygöl rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon Əliyaqubli kənd sakini, 1943-cü il təvəllüdlü Ağaməhəmməd Allahverdiyev idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını yolun kənarındakı çökəkliyə aşırıb. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır. 

Ölümlə nəticələnən daha bir yol qəzası Şamaxı rayonunda baş verib. Şəhərin M.Ə.Rəsulzadə küçəsində, mərkəzi bazarın qarşısında "Mercedes" markalı avtomobil sürətlə hərəkətdə olarkən yolu keçən piyada Elxan Baloğlanovu vurub.

Ağır bədən xəsarətləri alan Elxan Baloğlanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.