Türkiyənin TRT kanalında yayımlanan iftar proqramında, qonaq qismində qatılan ilahiyyatçı alim, proffessor Mustafa Aşkar Namaz qılmayan heyvandır sözləri ölkədə bir mənalı qarşılanmayıb.
Unikal.org xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başqanlığı məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Açıqlamada bildirilir ki, bir televiziya proqramında sərf edilən ifadələrə bağlı olaraq Diyanət İşləri Başkanlığımıza sıx suallar üzərinə aşağıdakı şərhin verilməsinə ehtiyac duymuşdu: "Dinimizdə namazın yeri, əhəmiyyəti və dəyəri hər kəsə məlumdur. Ancaq insanların inanc və ibadət azadlıqları hədəf alınaraq zəiflətmək və təhqir edilməsi əsla qəbul edilə bilməz. Qurani Kərim ayələrindən belə fikir çıxardaraq dilə gətirmək İslamın hikmət dili və rəhmət mesajına uyğun gəlməz "