Bu gün ümumtəhsil məktəblərində "Son zəng" mərasimi keçiriləcək.
Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Cari tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirir. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.