Sabah 28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin (MM) qərarı qüvvəyə minəcək.
Unikal.org-un məlumatına görə, amnistiya aktının icra müddəti 4 aydır.
Amnistiya aktı, ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.
Amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Azərbaycanın birinci xanımı, MM-in deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Milli Məclis həmin aktı qəbul edib.