Belarus prezidenti Aleksandr Lukaşenko Çin səfərinə oğlu Nikolayı da aparıb.

Unikal.org xəbər verir ki, uzun illərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Nikolayın fotoları sosial şəbəkələrdə şok effekti yaradıb.

Hər kəs Nikolayı 14 yaşında çəkilmiş fotoları ilə xatırlayır. Lakin illər sonra Nikolay saç düzümü dəyişmiş, işgüzar kostyumda ortaya çıxıb. Onun atasından da hündür olması xüsusi diqqət çəkib.