Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Unikal.org  xəbər verir ki, "Yeni Bakı" Yaşayış Kompleksindәn "Report"a verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib. 

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil. 

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. 

xxx

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.