10 iyun 2016-cı il tarixində "Neftçi İdman Klubu" İctimai Birliyinin xətti ilə Xaçmaz rayonunun Yalama qəsəbəsinin meşə zolağında neft, qaz, kimya sənayesi işçiləri, o cümlədən bir sıra digər təşkilatlar arasında "Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş turizm yarışı keçirilib.
Unikal.org xəbər verir ki, "Atam, anam və mən" adlı ailə-turizm yarışında "Azərikimya" İB-nin də üç komandasıdaxil olmaqla SOCAR-ın idarə, müəssisə və təşkilatları11 ailə komandası ilə təmsil olunub.
Mövcud qaydalara uyğun şəkildə təşkil olunan və üç gün davam edən yarışlardakomandalar çadırın sökülüb-qurulması, topların səbətə atılması, labirint şəklində quraşdırılıb, iplərin arasından, iki ağaca bağlanmış ipin üzərindən yerimək, daşların üstü ilə hərəkət etmək,çayın üzərindən bağlanmış ipdən qoruyucu kəmər vasitəsilə keçmək, oxlarla hədəfi vurmaq, ipdən tutaraq irəli tullanmaq, müəyyən məsafəni qaçmaqla qət etmək və s. növlər üzrə güclərini sınayıblar.
Yarışların ümumi nəticələrinə əsasən"Azərikimya" İB-ninəməkdaşları AydınXəlilovun ailə komandası (oğlan) və VaqifTapdıqovun ailə komandası(qız) birinci yerə, MehribanZeynalovanın ailə komandası (oğlan) isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar "Neftçi İdman Klubu" İctimai Birliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar.