ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Sinzo Abe ilə görüşü olub.
Unikal.org Reuters-ə istinadən bildirir ki, tərəflər İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirləri müzakirə ediblər.
ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagerti agentliyə bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ Evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.