Sankt-Peterburqda miqrantlara kuryer çatdırılması sektorunda işləmək qadağan edilib.
"Unikal" xəbər verir ki, müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb.
Sənəddə qeyd edilir ki, bu, nəqliyyat vasitəsi ilə çatdırılma da daxil olmaqla, bütün kuryer fəaliyyət növlərinə şamil edilir.
“Qərar kölgə məşğulluğu ilə mübarizə, kuryer sektorunda xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yaxşılaşdırılması, Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, kuryer işləri məktəblilər və tələbələr üçün maraqlı ola bilər. Hökumət nümayəndələri əlavə ediblər ki, yeniliklər çatdırılma bazarının sabitliyinə heç bir şəkildə təsir etməyəcək, çünki xarici vətəndaşlar şəhərdəki kuryerlərin ümumi sayının cüzi bir hissəsini təşkil edir.