Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonda ABŞ lideri Donald Tramp və Azərbaycan lideri İlham Əliyevlə görüşünün yekunları barədə ətraflı məlumat verib.