İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) fəaliyyətini bərpa edir.
Unikal.org xəbər verir ki, bunu İranın Buşehr AES-in istismarı şirkətinin icraçı direktoru Hüseyn Qəffari deyib.
Onun sözlərinə görə, stansiya əsaslı təmirlərdən və yanacağın yerləşdirilməsindən sonra sabah yenidən fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Buşehr AES fevraldan təmirlərə görə işini dayandırmışdı.