Bakıda meyit tapılıb.
Unikal.org xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, S. Qocayev küçəsi 25 ünvanında yerləşən gül mağazasında qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Səyyad Əliyevin üzərində xəsarətləri olmayan meyiti mağazada aşkar edilib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təqdim olunub.
 
Faktla bağlı araşdırma aparılır.