Ramazan ayı bu dəfə də yayın isti günlərinə təsadüf edib. bu ayyda oruc tutan insanların suya olan tələbatı əvvəlki aylara nisbətən daha çoxdur. Azərbaycanda isə havalar hələki sərin keçir. Ancaq proqnozlara görə, qarşıda daha isti günlərin olması gözləniləndir. 
 
Unikal.org bildirir ki, iranlı din xadimi Ayətullah Əsədullah Bayat Zəncani orucluqla bağlı dindarlar arasında mübahisə yaradan tövsiyə verib.
 
B.Zəncaninin rəsmi internet saytında yayılan açıqlamada bildirilir ki, oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilər. 

Ayətullah deyib ki, oruc tutan şəxs susuzluqdan halsız vəziyyətə düşübsə, özündən gedirsə, susuzluqdan ölməməsi üçün su içə bilər və bu, orucu pozmaz.
 
B.Zəncaninin bu fikri müsəlmanlar arasında fikir ayrılığı yaradıb, bəzi dairələr isə bunu narazılıqla qarşılayıblar.