ABŞ-ın Haitidəki səfirliyi binasının yaxınlığında atışma olub.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə Bürosunun "Twitter"dəki rəsmi səhifəsində bildirilir.
"Səfirliyin arxa girişində atışma gedir. Hadisə ilə əlaqədar səfirliyin kompleksinin sığınacaqlarında gizlənmək tapşırılıb. Əgər siz səfirliyə gedirsinizsə, gizlənmək üçün təhlükəsiz yer tapın",- deyə xəbərdə bildirilir.
Qeyd edək ki, Qərb yarımkürəsinin ən kasıb dövləti olan Haitidə kriminogen vəziyyət fevralda respublikada prezident Jovenel Moizanın istefası tələbləri ilə kütləvi etiraz aksiyalarının başlanmasından sonra pisləşib. Fevralın 14-də Port-o-Prensedə etirazçılarla polis əməkdaşları arasında ilk qarşıdurma olub.