“Milan”ın sabiq rəhbəri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”da prezidentlik edən Berluskoni, böyrəklərində olan ağrılar səbəbiylə San Rafaello xəstəxanasına aparılıb. 82 yaşlı iş adamının sağlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.