Azərbaycanın maliyyə naziri Samir Şərifov "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) borcların idarə edilməsi üzrə agentliyə çevrilməsinə zərurət görmür.
Nazir jurnalistlərə bildirib ki, "Aqrarkredit" belə məsələlərlə yalnız dövlət başçısının fərmanına uyğun olaraq məşğul olur.
Hazırda BOKT Azərbaycan Beynəlxalq Bankından əldə olunan problemli aktivləri idarə edir. (Trend)