Yaponiyanın Hokkaydo prefekturasının Toma şəhərinin fermerləri məşhur "densuke" növündən olan qara qarpızı 500 min yenə (təqribən 4,7 min dollar) satıblar. Kyodo agentliyinin yaydığı məlumata görə, cari ildə ilk dəfə keçirilən hərracda 260 belə qarpız satılıb.
Unikal.org azertag-a istinadən Alıcının qarpızı əldə etmək üçün ödədiyi böyük məbləğə baxmayaraq, bu, həmin qarpız üçün rekord məbləğ sayıla bilməz. Belə ki, 2008-ci ildə "densuke" növünə məxsus belə qarpız 650 min yenə (təqribən 6,1 min dollar) satılmışdı.
Tünd yaşıl, demək olar ki, qara rəngdə qabığa malik bu qarpız növü çox sulu və şirin olması ilə seçilir. Toma şəhərində yetişdirilən bu qarpızların hər il bu vaxt hərracı keçirilir. Cari ildə hokkaydolu fermerlər 70 min belə qarpız satmağı planlaşdırırlar ki, onların birinin orta qiyməti 5 min yen (47 dollar) təşkil edəcək.