Yaponiyanın yeni imperatoru Şahzadə Naruhito bu gün taxta oturub.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.
Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib. Naruhito isə sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var.