Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinarasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasından verilən məlumata görə, söhbət zamanı ikitərəfli məsələlər, Liviyadakı vəziyyət müzakirə olunub. R.T.Ərdoğan bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduqlarını ifadə edib.
Həmçinin, Suriya böhranının həll olunması istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək barədə tərəflər həmfikir olduqlarını təsdiqləyiblər.