Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.
14 iyunda gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bundan başqa, Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.