Sakarya bölgəsində xəstəxanalara girib xəstələrin və onların yaxınlarının əşyalarını oğurlayan qadın polislər tərəfindən axtarılır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü təcrübəçi kimi tanıdan qadının oğurluq əməli təhlükəsizlik kameralarında əks olunub. Xəstəxanada özünü təcrübəçi tibb bacısı kimi tanıdan qadın, müxtəlif xidmətlərdə bir aya yaxın çalışıb.
Gecələri xəstəxanada xəstələrə müdaxilə edən saxta tibb bacısı bu müddət ərzində çox sayda xəstə və xəstə yaxınının dəyərləri əşyalarını oğurlayıb.
İki xəstəxana işçisinin əşyalarını oğurladıqdan sonra gözdən itən saxta tibb işçisinin saxlanılması üçün polisə müraciət edilib. Xəstəxananın təhlükəsizlik kamerasını izləyərək qadının şəxsiyyətini təsbit etməyə çalışan polis geniş miqyaslı araşdırma başlayıb.