İsrail ordusu Qəzza zolağının ərazısində HƏMASIN partlayıcı və yandırıcı qarışığı ilə olan hava balonlarının istifadəsinə cavab olaraq onların mövqələrinə zərbələr endirməyə başlayıb.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "Daha əvvəl Qəzza zolağından İsrail istiqamətində atılan partlayıcı və yandırıcı qarışığı ilə olan hava balonlarına cavab olaraq, bizim HHQ yaxın günlərdə Qəzza zolağında bir neçə Hamas terrorist hədəflərinə zərbə vurdu".