Bərdədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayonun Mirzəxan kəndində kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov  Rizvan  Rza oğlu ailədaxili münaqişə zəminində bıçaqlanıb. R.Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Onu kürəkəninin bıçaqladığı bildirilir.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır, kürəkənin kimliyi müəyyənləşdirilir.