Şəmkir rayonunda qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.(report)