Türkiyənin Manisa vilayətinin Soma rayonunda kürəkən qayınatası ilə evləndirilib.
Unikal.org xəbər verir ki, kuryoz hadisə Zəkəriyyə Qaradaş və Gülşah Yılmaz cütlüyünün başına gəlib.
Belə ki, nikah mərasimindən sonra evə gedən cütlük şəhadətnaməyə baxanda şoka düşüb. Çünki nikah məmuru səhvə yol verərək nikah kağızında Z.Qaradaşı rəsmən qayınatası, 56 yaşlı Müzəffər Yılmazla evləndirib.
Bundan sonra cütlük nikah evinə gedərək yanlışlığı aradan qaldırıblar.