Avtomobil yolları Ümumi Müdirliyi ilə 5 ildir hüquqi müstəvidə mübarizə aparan bir vətəndaş niyyətinə çatıb. O məhkəmə qərarı ilə körpülü alt keçidin özünə aid olan hissəsini avtomobillərin hərəkət etməməsi üçün bağlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisa şəhərinin Kula mahalında 2014-cü ilin Fevral ayında Narınca köprülü alt keçidin açılarkən Nafiz Özkaraya aid ərazi müsadirə edilib.
Həmin gündən etibarən N.Özkara bununl bağlı hüquqi müstəvidə mübarizə aparmaqdan yorulmayıb. Məhkəməni qazanan kişi şose yolun çəkildiyi, ona aid ərazini lazımı miqdarda pulun ödəniləcəyi vaxta qədər bağlayıb.
“Bura bizim atamızın sənədli ərazisidir. 5-6 ildir çalışırıq, amma şose yolları müdirliyi maraqlanmır. İki dəfə Ədliyyə Məhkəməsini qazandıq, apellyasiya şikayəti verdilər, yenə qazanan tərəf biz olduq. Onlar hələ də pullarımızı ödəmirlər. Karayolları bizim pulumuzu ödəmədiyi müddətcə biz bu yolu açmayacağıq”-d eyə Nafiz Özkara bildirib.