Dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açıqlanmayıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, 3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq.
Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb.
İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb.
Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar etmək hüququ 2014-cü ildə "eBay" internet-hərracında $ 2,17 milyon dollara satılıb.
Qalib "EMES" şirkətindən olan Sinqapur sakini Endi Çua olub.
"eBay" bildirib ki, dünya maliyyəsinin 85 yaşlı əfsanəsi ilə birlikdə nahar etmək üçün keçirilən hərrac 2 milyon 166 min 766 dollar həddində başa çatıb. 5 sutka davam edən hərraca ümumilikdə 121 ərizə verilmişdi.
2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 milyon 456 min 789 dolar.
Uorren Baffet "Forbes"un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sıransındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib.