Braziliya yaşayan və bir birlərini dəlicəsinə sevən dünyanın ən qısa boylu cütlüyü tanışlıqları barədə mətbuata müsahibə veriblər.  
Unikal.org xəbər verir ki, Paulo Gabriel da Silva Barros və Katyucia Hoshino dünyanın ən qısa boylu cütlükləri olsalarda, amma onlar dünyanın ən böyük eşqlərindən birini yaşayırlar. Sevgi tanışlıqlarından danışan 88 santimetr boyundakı Barros ilə 89 santimetr boyundakı Hoshino mətbuatın gündəminə gəlib. 30 yaşındakı Paulo və 28 yaşındakı Katyucia, 10 il əvvəl ictimai media vasitəsilə tanış olublar.
Barros deyib ki, Hoshinoyu ilk dəfə görəndə ona bağlanıb. "Onu ilk gördüyüm anda çox gözəl olduğunu düşündüm".
 
Ama eyni vəziyyəti Kathucia Hoshino üçün fikirləşmirmiş.  Çünki o sonradan dəli kimi aşiq olduğu Paulo Barrosunu ilk gördüyündə xüsusilə də danışarkən onu sinir pozucusu olduğunu hiss etdiyini deyib. Hətta Hoshino günün birində özünə aşiq olan Paulo Barrosu ictimai media səhifəsindən əngəlləyirmiş. Paulo sevdiyi qadını tapmaq üçün telefonla axtarıb onunla danışıb. Hətta Paulo Barros, kilometrlərlə yol qət edib gənc qadını görmək üçün yaşadığı qəsəbəni tapıb və sonradan onlar bir-birlərini dəlicəsinə sevməyə başlayıblar. Yaxın zamanlarda özlərinə toy edəcəyini bildirən çütlük, özlərini dünyanın ən xoşbəxt adamları sandığını bildiriblər.