Suriyanın Hələb şəhərinin Azez mahalında PKK / YPG terroristləri ilə Türkiyə Silahlı Qüvvələri arasında gedən döyüş zamanı bir hərbçi şəhid olub, digəri isə yaralanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hələb şəhərinin Azez mahalında yolda PKK / YPG terroristləri Türk Silahlı Qüvvətlərinin hərbçilərini atəşə tutub. Atışma nəticəsində bir mayor və bir kapitan hərbçi ağır yaralanıb.
Yaralı hərbçilər Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq kapitanın həyatını xilas etmək mümkün olmayıb.
Yaralı mayor hərbçinin vəziyəti isə orta-ağır kimi qiymətləndirilir.