Almaniyada yerləşən zoparkların birində dəhşətli hadisə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, iki şir park nəzarətçisinə hücum edib. Məlumata görə, 24 yaşlı heyvan baxıcısı şirləri yemləmək üçün qəfəsə daxil olub. Bu zaman ac olan şirlərdən ikisi onun üzərinə hecum edib. 

24 yaşlı gəncin köməyinə digər park nəzarətçiləri gəlib və onu qəfəsdən çıxarıblar. Baxıcının ciddi xəsarət aldığı, bununla belə, həyatı üçün hər hansı təhlükənin olmadığı açıqlanıb.