ABŞ-ın Müdafiə Nazirliyi orduda cinsi təcavüzə uğrayan qadınların sayının iki il öncə ilə müqayisədə 38 faiz artdığını açıqlayıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, nazirliyin bu açıqlaması böyük qalmaqala səbəb olub.
Pentaqonun yayımladığı rəsmi sənədlərə görə, 2018-ci ildə orduda 20 min 500 nəfər təcavüzə uğrayıb. Bunlardan sadəcə, 6 min 53 nəfəri rəsmi olaraq şikayət edib.
Hər iki ildən bir hazırlanan statistikadakı bu artım ABŞ-ın Müdafiə Nazirliyinin ciddi şəkildə hərəkətə keçməsinə səbəb olub. 2016-cı ildə ABŞ ordusunda təcavüzə məruz qalanların sayı 14 min 900 nəfər idi.
Pentaqonun 2004-cü ildən bu yana tətbiq olunan proqram üzrə ordudakı təcavüz hallarının azaldılması planlaşdırılıb. Lakin son illərdə təcavüz olaylarının sayının artması ABŞ hökumətinin ciddi narahatlığına səbəb olub.
Son statistikada 20 min 500 nəfərin təcavüzə uğraması ilə bağlı etirafları ordu içərisində keçirilən sorğu nəticəsində ortaya çıxarılıb.