Türkiyənin Van vilayətinin Gevaş rayonunda terror aktı törədilib.
Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.
Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.