"Aeroflot" aviaşirkətinə məxsus "Superjet" tipli sərnişin təyyarəsinin Moskvanın "Şeremetyevo" hava limanına qəza enişi zamanı 13 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən TASS məlumat yayıb.

xxx

Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisəyə göyərtədə yanğın səbəb olub.

Təyyarədə olan 78 sərnişin təxliyyə edilib. Onlardan 5 nəfəri xəsarət alıb. Əraziyə 10 "təcili yardım" maşını cəlb edilib.