Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırma aparılıb.
Unikal.org xəbər verir ki, araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Onlardan ikisinin FETÖ-nün “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib. Hazırda faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, Türkiyədəki bələdiyyə seçkilərində qanun pozuntularının araşdırılması məqsədilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu göndərilib.