Almaniya vətəndaşlığı haqqında yeni qanun layihəsi birdən çox həyat yoldaşı olan əcnəbilərin vətəndaşlıq almasına qadağanı nəzərdə tutur.

Unikal.org xəbər verir ki, “Welt am Sonntag” qəzeti Almaniya Daxili İşlər və Ədliyyə nazirliklərinə istinadən həmin normanın qanun layihəsindən çıxarıldığını yazıb.

Növbəti mərhələdə sənədə parlamentdə baxılacaq.

Qeyd edək ki, bu normanın qanunda əksini tapması təşəbbüsü ilə Daxili İşlər Nazirliyi irəli sürüb. Ancaq Ədliyyə Nazirliyi bu təşəbbüsü dəstəkləməyib. Bu yöndə tənqidlərə cavab olaraq Ədliyyə Nazirliyi bəyan edib ki, Almaniya Konstitusiyasına əsasən, çoxarvadlı şəxslərə vətəndaşlıq verilməsindən söhbət gedə bilməz. Daxili İşlər Nazirliyi isə qadağanın bu qanun layihəsində olmasa da, başqa bir bir qanun layihəsində əksini tapmasına çalışacaq.

Qeyd edək ki, Almaniyada çoxarvadlılıq qadağandır. Ancaq nadir hallarda çoxarvadlılar aşkarlanır. Digər tərəfdən, digər ölkələrdə belə nikahlar bağlanır və onlar Almaniyaya köçdükdən sonra bu hal davam edir.