Günəş enerjisi ilə dünya turuna çıxan təyyarə "Solar Impulse 2"nin qrupu Atlantik Okeanını keçmək üçün New Yorkda son hazırlıqlarını həyata keçirir.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, enerji qaynaqlarını nəzərdən keçirmək məqsədiylə tura başlayan "Solar Impulse 2"nin heyəti ən əhəmiyyətli səfəri olan Atlantik Okeanını keçmək üçün New Yorkda gün sayır. Layihə işçiləri New York JFK hava limanında uçuş əvvəli həyəcanlı bir vəziyyətdədirlər. Dünyada ilk dəfə olaraq həyata keçiriləcək sınaq uçuşunun hava şərtlərinə uyğun olaraq 1 həftə davam edəcəyi planlaşdırılıb.