Çində evlənməyə hazırlaşan bir cütlük uşaqlıq fotoşəkillərinin arasında onları heyrətə salan bir məqamla qarşılaşıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Zhang Hedongun uşaqlıq şəkillərinə baxan nişanlısı Lu Yiqin gördüyü bir foto səbəbilə çox təcüblənib. Çünki fotoşəkildə arxa planda görünən qırmızı geyimli qadın onun anası olub.
Nişanlısını və anasını 16 il əvvəl çəkilmiş bu şəkildə, eyni kadrda görmək gənc qadında böyük çaşqınlıq yaradıb.
Lu Yiqin daha sonra əmin olmaq üçün ailə albomlarına baxıb və anasının eyni yerdə eyni gün çəkilmiş şəkilini tapıb.