Meksikada 11 sərnişini daşıyan təyyarə qəzaya düşüb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Koauila ştatının Monklova bələdiyyəsi ərazisində "Bombardier Challenger 601" tipli özəl biznes-sərnişin təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, təyyarə dağlıq ərazidə yerə çırpılıb.

Bildirilir ki, təyyarənin göyərtəsində iki ekipaj üzvü və 11 sərnişin olub. Onların taleyi barədə hələlik bir məlumat verilmir.

Qeyd edək ki, təyyarə ABŞ-ın Las-Veqas şəhərindən Meksikanın Monterrey şəhərinə uçurmuş.