Vətəndaş Simran Əliyev 3 saatlıq pulunu ödədiyi dayanacağı tərk edib yenidən qayıtdığı üçün ondan ödəniş tələb olunub.
Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, bu hal tək onun yox, bir çox sürücünün başına gəlir. Əksər dayanacaqlara giriş etdikdən sonra vaxt bitməsə də, çıxıb qayıtdığın halda yenidən ödəniş etməli olursan. Nəticədə də sürücülər əlavə xərcə düşürlər.
Əslində isə, bu hal Mülki Məcəllədə öz əksini tapıb.
Ekspert Ərşad Hüseynov deyir ki, əgər vətəndaş ödədiyi məbləğdən az müddətdə dayanacaqdan istifadə edirsə, bu zaman duracaqdan istifadə etmədiyi müddətin haqqı ona geri qaytarılmalıdır.
Paytaxda fəaliyyət göstərən dayancaqlardan birindən isə bildirilib ki, dayancaqlarda şlaqbaum sistemi Avropa standartlarına uyğun qurulduğundan sonradan ora daxil olmaq əlavə problemlər yaradır.