Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi ilə bağlı qərarını Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin sədri Kemal Kılıçdaroğlu şərh edib.
Unikal.org xəbər verir ki, CHP Ümumi Mərkəzində mətbuat konfransı keçirən Kemal Kılıçdaroğlu Türkiyəyə demokratiya gətirəcəklərini bildirib:
"Bu ölkəyə demokratiyanı gətirəcəyik, narahat olmayın hər şey çox gözəl olacaq".
CHP lideri Kılıçdaroğlu bugünki planlarındanda danışıb: "Əvvəlcə Əkrəm İmamoğlu ilə görüşəcəm. Bundan sonra millət vəkilləri və PM üzvləriylə toplaşacağıq".