YSK-nın İstanbul Böyükşəhər Bələdiyyə seçkisini ləğv etməsinə dünyaca məşhur bəstəkar və pianoçu Fazıl Say da biganə qalmayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətkarın sosial şəbəkə vasitəsi ilə paylaşdığı sözlər mətbuatın gündəminə düşüb. Muxalif fikirləri ilə tanınan F.Say paylaşımında İstanbul seçkisinin qalibinin Əkrəm İmamoğlu olduğunu söyləyib və bu qərarla bağlı CHP-yə tövsiyyə verməkdən də qaçınmayıb:
"Biz İstanbulda yaşayanların başçısı artıq Əkrəm İmamoğludur! Seçkillər 20 dəfə də keçirilsə, 20-ni də Əkrəm İmamoğlu qazanacaq.
Bu ölkəyə təəssüflər olsun. 16 milyonlu şəhər üçün nə qədər sarsıdıcıdır. Türkiyə üçün üzülürəm. İqtisadiyyatı, imici üçün təəssüflər olsun... Hüzur, uzlaşma belə axtarılır? Cumhuriyyət Xalq Partiyasına tövsiyəm baykot etmələridir. Atatürk ürəyimizdədir".