Türkiyə prezidenti və AK Partiya lideri Rəcəb Tayyib Ərdoğan TBMM toplantısında ləğv olunan İstanbul Bələdiyyə rəhbərliyi haqqında danışıb.
Unikal.org xəbər verir ki, Ərdoğanın açıqlamasında yeni seçkilərin vaxtı haqqında məlumat verib:
“Seçki nəticələrinin bir daha xeyirlərə vəsilə olmasını diləyirəm. Ümumi səslərdə 51,7 faiz uğur qazandıq. Millətimiz bizə 1389 bələdiyyənin 758-si üçün məsuliyyət verib.
Seçki nəticələrini milli iradəyə olan hörmətimiz səbəbiylə hörmətlə qarşılamağa hazır idik. Bu seçkilərin ən mübahisəli məsələsi İstanbul Böyükşəhər Bələdiyyəsinin seçimi idi. 15 min seçicinin səsi açıq şəkildə oğurlandı. Biz bunların hesabını milli iradə oğrularından soruşmasaq, millətimiz bizi qınayar. Həm seçici siyahıları, həm də sandıq heyəti üzvləri ilə əlaqədar qanuna zidd tətbiqlər olduğunu gördük. Təqdim etdiyimiz sənədlər çox güclüdür. İnkarı mümkün olmayan sənədlər vardır. Yeni seçkilər 23 İyun 2019-cu ildə baş tutacaq”.