Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısınıda iş adamlarını siyasətə qarışmamağa çağırıb.
Unikal.org xəbər verir ki, Ərdoğan İstanbul seçkilərin ləğvindən sonra Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyinin (TÜSİAD) "Seçki mühitinə yenidən geri dönmək narahatlıq doğurur" kimi açıqlamasına çox sərt təpki göstərib.
"Bəzi iş adamları qəribə şərhlər verirlər. Bunlar ölkədə normallaşmanı gətirməz. Bizim bu addımımız ölkəmizin gələcəyinə istiqamətli bir normallaşma gətirəcək. Bunu danışdığımız dövrdə sizin belə şərh verməyiniz ölkədə anormallaşmanı gətirəcək. Səhv edirsiniz, öncə hər kəs həddini biləcək. Sən iş adamısan? İşini gör və sənə düşən sandğa get səsini ver. Bizimdə sizə baxışımız dəyişəcək".