İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğvindən sonra AK Partiya lideri, prezident Rəcəb Tayyib Ərdoğan namizədlərini açıqlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan namizədlərinin Binəli Yılıdırıb olduğunu bildirib. O həmçinin iyunun 23-də baş tutacaq seçkilərə qədər İstanbulu vali Ali Yerlikayanın idarə edəcəyini bəyan edib.
"Namizədimiz bəllidir, Binali Yıldırım bəy...
Bu andan etibarən isə İstanbul valimiz Ali Yerlikaya öz vəzifəsini icra etməyə başlayıb".