Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə professor Şahil Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabı əsasında dəyirma masa keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbirin əhəmiyyətindən danışıb. O, professor Şahin Xəlillinin gördüyü elmi-ədəbi işin yüksək keyfiyyət daşıdığını bildirib, onun ədəbi əlaqələrin qurulmasındakı rolunu müsbət dəyərləndirib.
Professor Qəzənfər Paşayev deyib ki, Şahin Xəlillinin Azərbaycan-İngiltərə ədəbi əlaqələrinin qurulması sahəsindəki xidmətləri təqdirəlayiqdir.
Natiqin sözlərinə görə, kitab bu sahədə mühüm əhəmiyyət daşıyır və bundan sonra da ədəbi əlaqələrin qurulmasında yeni töhfələr verəcək.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla mövzunun aktuallığından danışaraq qeyd edib ki, nəşr tədqiqat və araşdırma baxımından faydalıdır.
Tədbirdə Şahin Xəlillinin məhz ədəbi əlaqələr baxımından mövzuya sistemli yanaşması onun işinin əsas fərqləndirən cəhəti kimi diqqətə çatdırılıb.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” mövzusundakı fəaliyyətini istər ədəbiyyatşünaslıq, istər folklor baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Şahin Xəlilli Ceyms Oldric yaradıcılığı ətrafında fikirlərini bölüşüb, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.