Cəlilabadda kartof sahəsindən oğurluq edilib.
Unikal.org CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində Əli Abbasova məxsus kartof təsərrüfatında qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxslər məhsul yığılmamış sahədən xeyli miqdarda kartof yığaraq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan səhər saatlarında xəbər tutub.
Zərərçəkənin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazisindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılması oğruların bir yox, bir neçə şəxs olduğunu deməyə əsas verir. Ə.Abbasovun sözlərinə görə, onun sahəsinə yaxın ərazilərdən dəfələrlə quyulardakı su nasosları, sahlərin suvarılması üçün istifadə olunan su boruları naməlum şəxlər tərəfindən oğurlanıb.
Zərərçəkən bildirib: "Qonşu mənə zəng vurdu ki, sənin yerinin kartofunu aparıblar. İnanmadım, elə bildim zarafat edir. Gəldim sahəmə baxdım, gördüm həqiqətən də yer dağılıb. 5-6 nəfər olublar. Uşaq və böyük adamın ayaq izləri var".
Artıq faktla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hadisə ilə bağlı hələlik saxlanılan olmsa da araşdırma aprılır.