Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.

Unikal.org xəbər verir ki, yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üxrə bitirib. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16.06.2016 ci il tarixli sərəncamı ilə Aqil Ağaxan oğlu Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ehtiyatda olan zabitdir.

Ailəlidir, iki övladı var.





Yeni təyin olunan icra başçısı kimdir? - Fotolar
Yeni təyin olunan icra başçısı kimdir? - Fotolar
Yeni təyin olunan icra başçısı kimdir? - Fotolar